Apellyasiya Məhkəməsi AXCP fəalı Üzeyir Abbasovu həbsdə saxlayıb
Bakı/14.09.17/Turan: Bakı Apellyasiya Məhkəməsi (BAM) AXCP fəalı Üzeyir Abbasovun 30 sutka inzibati həbsi ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib
Vəkilin sözlərinə görə, Ü.Abbasov sentyabrın 2-də saxlanılıb.
Onu evdən Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsinə aparıblar. Polisdə fəala Facebook-da siyasi karikatura və şərhləri ilə bağlı iradlarını bildiriblər. Fəalın bütün tənqidi statuslarını siliblər.
Bundan sonra onu buraxıblar, ancaq növbəti gün Bakı Şəhər Baş Polis İdarəsinə gəlməsini tapşırıblar. Ü.Abbasov polisdən çıxdıqdan sonra ABŞ səfirliyinə gedib ki, baş verənlərlə bağlı məlumat versin. Ancaq diplomatik missiyanın girişində onu saxlayıblar. Sentyabrın 5-də Səbayel Rayon Məhkəməsi fəalı polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs edib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-i maddəsi (polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaq) ilə təqsirli bilib.
Vəkilin sözlərinə görə, BAM məhkəmə çəkişməsini formal olaraq keçirib.
BAM Ü.Abbasovu məhkəmə qarşısına çıxarmazdan öncə onun qanunsuz olaraq 61 saat həbsdə saxlanmasını da nəzərə almayıb.
"Ancaq biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün bu mərhələni keçməliydik", - Ə.Mustafayev vurğulayıb.
Ü.Abbasov inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada saxlanma şəraitindən şikayətlənib.
Belə ki, 2 nəfər üçün nəzərdə tutulmuş kamerada dörd nəfər saxlanılır. Bu səbəbdən onlar növbə ilə yatırlar. Vəkil bununla bağlı müvafiq orqanlara müraciət edəcək.-06D--
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz