Mehman Əliyev: "Bu mübarizə təkcə mənə görə deyildi"
"Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı və "Mehman Əliyevin Azadlığı uğrunda Mübarizə Komitəsi" sentybarın 14-də Müsavat Partiyasının ofisində toplantı keçirib.
Komitə sədri Əvəz Zeynallı M.Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb və M.Əliyev azadlığa çıxdığı üçün qurumun buraxıldığını elan edib. Həm də siyasi məhbus məsələsilə operativ olaraq yaradılacaq İşçi Qrupun məşğul olacağı deyilib.
M.Əliyev çıxış edərək, həbsi barədə danışıb və bildirib ki, həbsi sırf peşə fəaliyyəti, müstəqil media rəhbəri olması ilə bağlıdır: "Amma beynəlxalq reaksiya, daxildəki narazılıq, ictimaiyyətin etirazı, hakimiyyət daxilində həbsimə münasibətin birmənalı olmaması həbsin uzunmüddətli olmasına imkan vermədi".
M.Əliyev hesab edir ki, bu narazılıq və etiraz təkcə onun həbsilə bağlı deyildi, həm də bütünlükdə cəmiyyətin əhval-ruhiyyəsini ifadə edirdi.
Onun fikrincə, xalq artıq hakimiyyətdən islahatlar gözləyir və indi dayanmaq olmaz, islahatlara və cəmiyyətdə dəyişikliklərə nail olmaq lazımdır.
Müsavat Partiyasının başqanı Arif Hacılı M.Əliyevin həbsdən azad olunmasını ciddi və müsbət hadisə adlandırıb, bu məsələdə Müdafiə Komitəsinin xüsusi rolu olduğunu söyləyib.
A.Hacılı buna qədər həbs edilən bloger Mehman Hüseynovun, jurnalist Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsdən azad olunmamasına səbəblərdən biri kimi bu şəxslərin müdafiə komitələrinin sistemli fəaliyyət aparmamasını göstərib. "Amma M.Əliyevin azad olunması işin başlanğıcıdır, indi mübarizə "Turan"a və M.Əliyevə qarşı qaldırılan cinayət işinin ləğv olunması uğrunda getməlidir", deyə A.Hacılı bildirib.
Keçmiş daxili işlər naziri İsgəndər Həmidova görə, M.Əliyevin həbsdən azad olunması Qərbdən Azərbaycan xalqına bu hakimiyyətdən bezməsi mesajıdır və ilk növbədə seçki qanunları dəyişdirilməli, demokratikləşməli və demokratik seçki keçirməyə imkan verməsi çərçivəsinə salınmalıdır.
Strateji Milli Düşüncə Mərkəzinin (SMDM) rəhbəri İsa Qəmbər M.Əliyevin həbsini də, azad olunmasını da çoxsəbəbli məsələ kimi dəyərləndirib və hesab edir ki, "Turan"a basqılar dayanana, "Turan" fəaliyyətini bərpa edənə kimi Müdafiə Komitəsi fəaliyyətini davam etdirməlidir: "Amma ölkədə siyasi məhbus olmaması, əsassız həbslərin baş verməməsi üçün isə seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir və bunun uğrunda birgə mübarizə aparmalıyıq", İ.Qəmbər hədəfi belə göstərib.
Digər natiqlər də ölkədə siyasi məhbus problemini, bu kateqoriya şəxslərin həbslərinin heç bir əsası olmadığını vurğulayıblar.
Sonda çıxış edən M.Əliyev deyib: "Hamı bu mübarizə ilə dönüş yaratmaq istəyirdi, istək var idi, indi isə bu istək davam etdirilməlidir, mübarizə davam etməlidir. Bu işi birgə davam etdirsək şox şeyi müsbətə doğru dəyişmək olar", deyə M.Əliyev bildirib.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin 25 avqust qərarı əsasında vergidən yayınma ittihamı ilə bağlı M.Əliyev barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq təşakilatlar və yerli ictimaiyyət buna etiraz ifadə edib. ABŞ Senatında M.Əliyevin həbsində əli olan məmurlara sanksiya tətbiqi gündəmə gətirilib. Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi M.Əliyev barəsində həbs qətimkan tədbirini dəyişdirib və o, sərbəst buraxılıb.-0-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz