İlham Əliyev AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib
Bakı/14.09.17/Turan: Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florina Prede (Rumıniya) və Stefan Şennakı (Avstriya) qəbul edib, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Söhbətin məzmunu haqqında ətraflı məlumat verilmir.
Məruzəçilər AŞPA-nın payız sessiyasına "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə layihəsi təqdim ediblər. Layihədə insan hüquqları ilə bağlı problemlər göstərilir və onların həlli üzrə tövsiyələr yer alır. Xüsusən, siyasi məhbusların azad edilməsi, məhkəmə-hüquq sistemində islahatlar, hakimiyyət qollarının tarazlaşdırılması tövsiyə edilir. -06D-
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz