Asif Yusiflinin işi üzrə məhkəmə istintaqı başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Asif Yusiflinin işi üzrə məhkəmə istintaqı başa çatıb.
Xatırladaq ki, AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli noyabrın 25-də dələduzluq (CM-in 178-ci maddəsi) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamları ilə həbs edilib. A.Yusifli ittihamları rədd edərək öz həbsini siyasi motivli sayır.
Vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, iyulun 9-da prosesdə Təhsil Nazirliyinin keçmiş əməkdaşı, dələduzluq işi üzrə məhkum edilmiş Rafiq Hüseynov ifadə verib.
Müttəhim bildirib ki, zərərçəkən Fəridə Zülfüqarovanın oğlunu başqa ali məktəbə keçirmək üçün ondan pul alıb.
R.Hüseynov A.Yusiflinin günahsız olduğunu deyib.
Sonra məhkəmə sənədləri, əsasən A.Yusiflinin xasiyyətnaməsini araşdırıb.
Bundan əlavə, məhkəmə zərərçəkənin ərizəsini araşdırıb. Zərərçəkən bildirib ki, A.Yusifli ona dəyən maddi zərəri ödəyib və onun heç bir iradı yoxdur.
Məhkəmə həmçinin xəttin yoxlanması üzrə ekspertizanın rəyini nəzərdən keçirib və məlum olub ki, zərərçəkənin oğluna verilən tələbə biletindəki imza A.Yusifliyə məxsus deyil.
Vəkilin fikrincə, sənədlərin araşdırılması göstərib ki, A.Yusifli günahkar deyil.
Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Hazırda məhkəmə tərəflərin yekun çıxışlarının dinlənilməsinə başlayacaq.
Növbəti iclas iyulun 15-nə təyin edilib.--0B06--
-
- İqtisadiyyat
- 9 İyul 2015 15:45
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz