Avropa İttifaqının media-layihəsi qaliblərinin sırasında azərbaycanlı jurnalistlər də var
Fevralın 3-4-də Brüsseldə Avropa İttifaqının üçillik media-layihəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb. “Qonşuluq mediası” adlı layihə 15 ölkəni və Yaxın Şərq, Şimali Afrika, həmçinin “Şərq tərəfdaşlığı” ölkələrindən (Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan) 1400-dək KİV işçisini əhatə edib.
Proqramın mahiyyəti hər ölkədən KİV üzrə mentorların seçimindən ibarətdir ki, sonra onlar da nisbətən gənc və aztəcrübəli jurnalistlərə yardım və dəstək göstərsinlər.
Proqramda iki əsas məqsəd olub: jurnalistlərin peşə səviyyəsini artırmaq və Avropa İttifaqının fəaliyyəti və prioritetləri, həmçinin “Şərq tərəfdaşlığı” proqramı barədə ictimaiyyəti məlumatlandırmaq.
Jurnalist işləri müsabiqəsinin qalibləri öz məqalə, video və audioreportajlarını Münsiflər Heyətinə təqdim ediblər. Layihə rəhbərləri 8 nominasiya üzrə iki ən yaxşı işi seçiblər.
Qaliblər arasında Azərbaycandan iki nümayəndə- Turan agentliyinin müxbiri Əziz Kərimov və 1news agentliyinin müxbiri Yelena Vəliyeva da var.
Layihənin rəhbəri Jan Mişel Düfren mükafatları təqdim edərkən bildirib ki, layihənin əsas məqsədlərindən biri jurnalist şəbəkəsinin yaradılması olub. Mühüm olan odur ki, jurnalistlər lazımi əlaqələrə malik olsunlar, informasiya mübadiləsi aparsınlar, beynəlxalq mövzularda materilların hazırlanması zamanı bir-birinə yardım etsinlər. -02D-
-
- Siyasət
- 7 Fevral 2015 12:05
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz