Prezident İlham Əliyev və AŞ baş katibi Torbörn Yaqland demokratiya məsələlərini müzakirə ediblər
Prezident İlham Əliyev Münhen Təhlükəsilzik Konfransı çərçivəsində Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşüb.
Görüş zamanı Azərbaycanda gedən proseslər, Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı vəziyyəti müzakirə olunub. Dövlət başçısının mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, son vaxtlar Yaqland Azərbaycanda fəalların təqib olunmasına görə rəsmi Bakını dəfələrlə tənqid edib və tanınmış siyasi məhbusların azad edilməsinə çağırıb.
Bu tənqiddən qıcıqlanan rəsmi Bakı bəyan edib ki, Yaqlandın söylədikləri həqiqətəuyğun deyil və vəziyyət heç də belə deyil.
Münhen səfəri zamanı İ.Əıiyev Makedoniya prezidenti George İvanov, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Fransanın müdafiə naziri Jan-İv Le Drianla görüşüb.—06D-
-
- İqtisadiyyat
- 7 Fevral 2015 12:31
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz