
Bakı/17.08.19//Turan: Avqustun 17-də evdən polisə aparılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Şöbəsinin üzvü Rəşad Dadaşov sərbəst buraxıldı. Bu barədə AzadlıqRadiosuna məlumat verən Dadaşovun özü bildirib ki, evdən Hacıqabul polis şöbəsinin 3 əməkdaşı tərəfindən aparılıb və şöbədə 1 saat yarıma yaxın saxlanılıb.
Fəalın sözlərinə görə, ona yaxın günlərdə keçirilməyə planlaşdırılan partiyanın iclası ilə bağlı xəbərdarlıq edilib. "Üstü-örtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq".
Dadaşov əlavə etdi ki, hadisə ilə bağlı məhkəməyə müraciət etmək fikri yoxdur.
Rəy yaz