AXCP fəalına qarşı işgəncələrə etiraz olaraq aksiya
Bakı/24.01.20/Turan: Cümə günü Bakının mərkəzində AXCP-nin bir qrup qadın fəalı AXCP üzvü Elzamin Salayevin həbsxanasında işgəncələrə məruz qalmasına etiraz olaraq aksiya keçirib.
Ondan çox qadın “Demokratiya istəyirik!” plakatları tutaraq yürüş edib.
Aksiya iştirakçıları “Polis işgəncələrinə son !” “Qadın işgəncələrinə son” , “Qadın təcavüzünə son!”, “Elzaminə azadlıq”, “DİN rəhbəri istefa!” şüarlarını səsləndiriblər.
Onlar E.Salayevin həyatına təhlükə olduğunu və təcili əməliyyata ehtiyac olduğunu bildiriblər.
Polis əməkdaşları onların yolunu bir neçə dəfə bağlayaraq razılaşdırılmamış aksiyaya son qoymalarını tələb edib. Buna baxmayaraq, aksiya iştirakçıları Nizami (Torqovaya), Xaqani və Hacıbəyov küçələri ilə “Sahil” metro stansiyasına qədər yürüşü davam etdiriblər.
E.Salayevin oğlu Oqtay Salayev yanvarın 24-də Binəqədi İstintaq Təcridxanasında saxlanılan atası ilə görüşüb. Onun sözlərinə görə, atası yanvarın 13-də Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsində saxlanıldıqdan sonra işgəncəyə məruz qalması faktını təsdiqləyib. DİN hospitalının həkimləri qarın boşluğunda yırtığın əmələ gəldiyini bildirərək əməliyyat aparılmasının lazım olduğunu deyiblər, lakin polis buna icazə verməyib.
“Bu gün atam yaxşı olduğunu söylədi”, - oğlu əlavə edib.
Ombudsman Aparatının əməkdaşları da E.Salayevə baş çəkiblər. “Tibbi müayinə aparılıb, vəziyyəti normaldır. Onun müraciəti əsasında araşdırma aparılır”, - Ombudsman Aparatından Turan-a bildiriblər.
Xatırladaq ki, E.Salayev yanvarın 13-də Salyan rayonunda polis əməkdaşları haqda tənqidi video yayandan sonra saxlanılıb. O, xırda xuliqanlıq və polisə tabe olmamaqda günahlandırılaraq 30 sutka həbs edilib. —16D-
-
- İqtisadiyyat
- 24 Yanvar 2020 15:47
-
- Cəmiyyət
- 24 Yanvar 2020 16:54
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz