Azərbaycan hakimiyyəti Gülənə yaxın universiteti bağladı
Azərbaycan hakimiyyəti ölkənin ən yaxşı özəl universitetlərindən birini – “Qafqaz” Universitetini bağlamaq qərarına gəlib.
Təhsil Nazirliyinin məlumatına görə, “Qafqaz” Universitetinin təsisçisi nazirliyə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Qeyd edək ki, universitetin təsisçisi türkiyəli din xadimi Fətullah Gülənə yaxın olan qurumlardır. Ankara iyulun 16-da çevrilişə cəhdin təşkilində onu ittiham edir.
1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən bu ali məktəbin bağlanması barədə qərar Türkiyə hakimiyyətinin addımları ilə üst-üstə düşüb. Belə ki, Türkiyə hakimiyyəti Gülənə yaxın qurumları və onun tərəfdarlarını hər yerdə təqib edir.
“Qafqaz” Universitetində bir neçə fakültədə minlərlə tələbə təhsil alır. Bu ali məktəbin məzunları yüksək savadlılıq səviyyəsinə görə fərqlənib.
Qeyd edək ki, ali məktəbin əsas sponsorlarından biri SOCAR-dır.-02В-
-
- İqtisadiyyat
- 20 İyul 2016 13:12
-
- Cəmiyyət
- 20 İyul 2016 14:56
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz