�Azərbaycan siyasi məhbusların azadlığı uğrunda� təşkilatı öz məqsədlərini açıqlayıb
Bakı/14.11.18/Turan: Çərşənbə günü Azərbaycan Ziyalılar İttifaqının (AZİ) ofisində "Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiıə təşkilatının təqdimatı olub.
Qurumun təsisçiləri Leyla Yunus (Sülh və Demokratiya İnstitutu), Elşən Həsənov (Siyasi Məhbusların Müdafiəsi Mərkəzi), Hilal Məmmədov ("Tolışi sado" qəzetinin baş redaktoru) və Eldəniz Quliyevdir (Azərbaycan Ziyalılar İttifaqının sədri).
Bu şəxslər həmin qurumu yaratmaqla eyni zamanda Siyasi Məhbusların Müdafiəsi Mərkəzindən (SMMM) çıxıblar.
E.Quliyev bildirib ki, SMMM-dən fərqli olaraq, yeni qurum yalnız siyasi məhbuslar məsələsilə məşğul olacaq.
Belə ki, SMMM ilə fikir ayrılığına siyasi motivlərlə təqib olunduqlarına görə Azərbaycanı tərk etmiş şəxslərin haqqında "Avropa iş" hesabatı səbəb olub.
"Biz belə hesabatın hazırlanmasının əleyhinə idik, çünkü qeyri-sağlam ajiotaj yaranmışdı. Kimin siyasi mühacir olub-olmadığını müəyyən etmək bizim işimiz deyil. Biz hüquq-müdafiə fəaliyyətilə məşğul oluruq və siyasi motivlərlə həbs olunanların hüquqlarını qoruyuruq. Odur ki, qərara aldıq ki, yeni təşkilat yaradaq və bu təşkilat ancaq siyasi motivlərin olduğu şəxslərin siyahısının tərtib edilməsi və müdafiəsi ilə məşğul olacaq", - E.Quliyev bildirib. Onun sözlərinə görə, yeni təşkilat ancaq AŞPA meyarlarına əsaslanacaq.
L.Yunus skype ilə tədbirə qatıla bilməyib, çünki "Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" kitabının Avstriyada təqdimatını keçirir.
Elşən Həsənov bildirib ki, hazırda ölkədə siyasi məhbusların sayı 150 nəfərdir. Həbsdə olan bir neçə nəfərin işi öyrənilir.
O, İttifaqın əsas vəzifələrindən biri kimi Azərbaycandakı repressiyalar, siyasi məhbuslarla vəziyyət barədə beynəlxalq birliyin məlumatlandırılmasını, onların hər biri haqda hərtərəfli məlumatın hazırlanmasını göstərib.
"Hakimiyyət vətəndaş cəmiyyətini dinləməyəndə biz beynəlxalq birliyə şikayət etməli oluruq", - o qeyd edib.
H.Məmmədov insan hüquqlarının pisləşməsinin davam etdiyini bildirib Onun sözlərinə görə, Azərbaycan bu göstərici üzrə Avropada liderdir.
"Azərbaycanda 150 siyasi məhbus var, halbuki, Belarusda bu, iki nəfərdir. Azərbaycan adambaşına düşən məhbusun sayına görə Rusiyanı da qabaqlayır. 147 milyon əhalisi olan Rusiyada 195 siyasi məhbus var", - H.Məmmədov vurğulayıb. 06D--
-
- İqtisadiyyat
- 14 Noyabr 2018 17:46
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz