Açıq mənbələrdən foto
Deputat: Pensiya yaşı məsələsinə yenidən baxılsın
Bakı/14.11.18/Turan: "Pensiya sistemi haqqında" qanuna yenidən baxılmasına böyük ehtiyac var". Millət vəkili Vahid Əhmədov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi müzakirə olunarkən belə deyib.
Deputat çıxışında Əmək və əhalinin sosial müdafiəsi nazirinə müraciət edib.
"Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz pensiya yaşını ciddi bir şəkildə artırdıq. Başa düşə bilmirəm ki, biz, qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?", deputat sual edib.
V.Əhmədov Azərbaycan Milli Məclisinin pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdiyini yada salıb.
"Pensiya ilə bağlı yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65-ə qaldırdıq, eyniləşdirdik. Bu, dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?", deyən deputat vurğulayıb ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi olmayıb.
V.Əhmədov bundan əvvəllər də pensiya yaşı ilə bağlı narahatlıqlarını ifadə etmişdi. Deputat AzadlıqRadiosuna açıqlamalarından birində demişdi ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulan pensiya yaşı həddi pensiyaya çıxmaq üçün yüksəkdir və bunu aşağı salmaq lazım gəlir.
2017-ci ildə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə həm kişilər, həm də qadınlardan ötrü 65-ə çatdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Ona qədər Azərbaycanda pensiya yaşı qadınlarda 60, kişilərdə isə 63 idi. Kişilərdə nəzərdə tutulan yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların isə 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.-0-
-
- Siyasət
- 14 Noyabr 2018 17:51
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz