Prezident İlham Əliyev: �Azərbaycan Belarusla hərbi əməkdaşığı davam etdirəcək�
Bakı/14.11.18/Turan: Azərbaycan, Belarus hərbi texnikasının keyfiyyətindən razıdır və Minsk ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu barədə prezident İlham Əliyev çərşənbə günü Belarus səfiri Gennadi Axramoviç ilə görüşündə bildirib.
"Biz Belarus hərbi texnikasının keyfiyyətindən və göstəricilərindən çox razıyıq və hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik", - İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin Türkiyə, İsrail, Pakistan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alınır.
Qeyd edək ki, gələn həftə İ.Əliyev Belarusa rəsmi səfərə gedəcək.
Minskdəki mənbələrin məlumatına görə, müxtəlif sahələrdə 10 hökumətlərarası saziş imzalanacaq.-02D-
-
- İqtisadiyyat
- 14 Noyabr 2018 17:46
-
- Cəmiyyət
- 14 Noyabr 2018 18:50
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz