
Bakı/04.01.19/Turan: Adı açıqlanmayan, "Xanoba" sərhəd məntəqəsindən Azərbaycana daxil olan Azərbaycan vətəndaşı ölkəyə 20-ci əsrin əvvəllərinə aid onlarla qızıl rus sikkəsi gətirməyə çalışıb.
Gömrük Komitəsinin saytında yer alan məlumata görə, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində "10 rubl 1899", 7 ədəd, arxa tərəfində "10 rubl 1900", 1 ədəd, arxa tərəfində "10 rubl 1901" və 2 ədəd, arxa tərəfində "10 rubl 1902" yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.
Faktla bağlı yoxlama aparılır. Amma bu yükün qanunsuz olub-olmadığı açıqlanmır. Hadisənin nə vaxt baş verdiyi və bu şəxsin adı da məlum deyil. -02D-
Rəy yaz