Gəncə hadisələri ilə bağlı 4 iş məhkəməyə göndərilib - baş prokuror
Bakı/04.01.18/Turan: Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib, daha 11 nəfər barəsində axtarış elan edilib. Bu barədə baş prokuror Zakir Qaralov cümə günü 2018-ci ilin yekunlarına həsr edilmiş əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış bu cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
Bu iş üzrə cinayət əməllərində əli olan digər şəxsləri müəyyən edilməsi üzrə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir, deyə Qaralov bildirib.
Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir. -06D-
-
- Çətin sual
- 4 Yanvar 2019 17:29
-
- Cəmiyyət
- 4 Yanvar 2019 18:07
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz