Azərbaycan XİN işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətə dair hesabat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat yayıb.
Ermənistanın açıq mənbələrinə istinadən araşdırmada qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və digər məsələlər əks olunub.
“Münaqişənin siyasi yolla nizamlanması üzrə səylərə baxmayaraq, Ermənistan zəbt etdiyi torpaqların tam anneksiyası məqsədilə açıq şəkildə işğalın möhkəmləndirilməsi siyasəti həyata keçirir”, - sənəddə deyilir.
Azərbaycan Ermənistanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə, işğal edilmiş ərazilərə köçürülməni dərhal dayandırmağa, qanunsuz iqtisadi və ticari fəaliyyətə, mədəni irsin talanmasına son qoymağa çağırıb.
Azərbaycan həmçinin beynəlxalq birliyi işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətin qarşısının alınmasına çağırıb.
Azərbaycan xəbərdarlıq edir ki, qanunsuz fəaliyyətə cəlb edilmiş fiziki və hüquqi şəxslər milli hüquqi sistem əsasında məhkəmə qaydasında təqib olunacaq.
Sənədin tam mətni ilə bu linkdə tanış olmaq olar: http://mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf
-
- İqtisadiyyat
- 2 Mart 2016 13:18
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz