Azərbaycanda 112 miqrant saxlanılıb
Bakı/09.08.18/Turan: Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) son dörd gündə 112 miqrant saxlayıb.
Miqrasiya Xidmətinin məlumatına görə, onlardan 22-i Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-i Hindistan, 9-u Pakistan, 7-i Özbəkistan, 6-ı Ukrayna, 6-ı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-i Qazaxıstan, 2-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.
Saxlanılmış 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini (səyyar ticarət) pozduğu, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyən edilib.-03D-
Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkənin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.-03D-
-
- Çətin sual
- 9 Avqust 2018 18:11
-
- Cəmiyyət
- 9 Avqust 2018 19:12
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz