Açiq mənbələrdən foto.
Azərbaycanda 14758 məktəbli koronavirusa yoluxub
Bakı/22.01.21/Turan: Bu günə qədər Azərbaycanda 14758 məktəbli və 7090 müəllim COVİD-19-a yoluxub. Bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev karantin dövründə təhsil müəssisələrinin fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin sentyabrından etibarən 2246 ibtidai sinif şagirdi koronavirusa yoluxub. Xəstəliyə yoluxanların 4411-i 5-9-cu sinif şagirdləri, 7525 nəfəri isə 10-11-ci sinif şagirdləridir.
Azərbaycanda koronavirus infeksiyası ilk dəfə 2020-ci il fevralın 28-də aşkar edilib. Həmin vaxtdan etibarən ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-nə qədər uzadılıb.
Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri ötən il noyabrın 2-dən təlim-tərbiyə prosesinin distant formada təşkili ilə təmin edilib.
Bu tədris ilinin başlanğıcında (ötən il sentyabrın 15-də) ibtidai sinif şagirdləri həftədə bir neçə gün məktəbə gedirdilər.
Oktyabrın 1-dən IV-IX siniflər, oktyabrın 15-dən isə X-XI siniflər məktəbə gediblər. Sonradan koronavirusa yoluxma halları artdıqda bütün təhsil müəssisələri distant təhsilə keçib. -03B-
-
- Siyasət
- 22 Yanvar 2021 15:42
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz