Azərbaycanda COVID-19-a yoluxma hallarının hər gün artmasının antirekordu
Bakı/01.02.22/Turan: Azərbaycanda son sutka ərzində 5223 yeni koronavirus infeksiyasına (COVID-19) yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda deyilir.
Bu günə kimi ölkədə 663 693 nəfərdə COVID-19-a yoluxma faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, 27 596 nəfər aktiv xəstə var.
Ötən gün ərzində yeni koronavirus infeksiyasına yoluxma hallarının müəyyən edilməsi ilə bağlı 15 945, ötən dövr ərzində 6 172 333 test aparılıb.
Qeyd edək ki, bu gün yoluxma hallarının gündəlik artımı Azərbaycanda pandemiya başlayandan bəri ən yüksək göstəricidir. -06B-
-
- Siyasət
- 1 Fevral 2022 18:02
-
- Keçmiş Sovet məkanı
- 1 Fevral 2022 19:50
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 264
Rəy yaz