Açiq mənbələrdən foto.
Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr sərtləşdirilib
Bakı/01.02.22/Turan: Azərbaycanda duracaqların, dayanacaqların, o cümlədən pullu dayanacaqların tənzimlənməsi təkmilləşdirilir və bu sahədə cərimələr sərtləşdirilir.
Bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edib ki, bunlar qaydaların pozulmasına görə tədbirləri sərtləşdirir.
Yeniliyə əsasən, maşını dayanacaq yerində ödənişsiz saxlamaya və ya ödənilmiş müddətdən artıq dayanma üçün əlavə ödənişin edilməməsinə görə sürücü 10 manat məbləğində cərimə olunacaq.
Hazırda bu cür cərimə yalnız parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.
Həmçinin sürücü tərəfindən yol nişanlarının və nişanlama xətlərinin pozulması halları baş verdikdə, digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr törədildikdə 10 manat məbləğində cərimə olunacaq.
Bundan əlavə, əlillərin maşınları üçün nəzərdə tutulmuş dayanacaqlarda digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qədər artırılıb. – 06B-
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz