
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək 2015 noyabrın 1-də parlament seçkiləri ilə bağlı qiymətləndirmə missiyası hesabatını hazırlayıb.
ATƏT-in məlumatına görə, qiymətləndirmə missiyasının ilkin hesabatının məqsədi ənənəyə uyğun olaraq seçkiqabağı mühit və hazırlıq işləri, seçkiqabağı fəaliyyəti qiymətləndirmək idi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək 30 uzunmüddətli müşahidəçi, 350 isə qısamüddətli müşahidəçi göndərəcək. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcəklər.
Hesabatın nəticə və tövsiyə hissəsində ATƏT / DTİHB-nin seçkiləri müşahidə fəaliyyəti önəmini qeyd edib.
Hesabatın nəticə hissəsində ATƏT / DTİHB seçki prosesinin şəffaf olması üçün səslərin sayılması və hesablanma, o cümlədən seçki kampaniyası zamanı seçki administrasiyası, namizədlərin qeydiyyatı, toplaşma və ifadə azadlıqlarına hörmətlə yanaşılmasını tövsiyə edir.-16D-
Rəy yaz