
Açiq mənbələrdən foto.
Azərbaycanda "TikTok" sosial şəbəkəsindən istifadəyə qoyulmuş qadağa aradan qaldırılıb
Bakı/05.11.22/Turan: Azərbaycan ərazisində "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırıb.
Xatıraladaq ki, Azərbaycanda bu il sentyabrın 14-də "TikTok" şəbəkəsinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. 03
Rəy yaz