Şuşanın mədəni irsi Azercell-in rəqəmsal təqdimatında
Lider mobil operator növbəti dəfə Azərbaycan ədəbiyyatının incilərini elektron kitabın müxtəlif formalarında dünyaya çatdırır
"Azercell Telekom" mədəni irsimizi dünyaya tanıdıb onu müxtəlif dillərdə əlçatan etmək ənənəsinə sadiq qalaraq, Qarabağ ədiblərinin əsərləri əsasında audiovizual məzmunlar hazırlanmasını nəzərdə tutan yeni sosial layihə həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar Azercell Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlayaraq həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edəcək.
Audiokitablarla yanaşı, Azercell tərəfindən ilk dəfə audio-pyes rəfi yaradılacaq ki, bu da Nəcəf bəy Vəzirovun "Еv tərbiyəsinin bir şəkli" əsərinin çoxsəsli audiopyes formasında Azərbaycan dilində səhnələşdirilməsi təşəbbüsündən ibarət olacaq. Bundan əlavə, Şuşada yazıb-yaratmış müəlliflər və tarixi şəxsiyyətlər barədə məlumatlar da geniş auditoriya üçün podkastlar, komiks və animasiyalar formatında müxtəlif dillərdə təqdim ediləcək.
Əsrlər boyu Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimiz Şuşa ədəbi mühitində göz açaraq püxtələşmişlər. Şuşa ədiblərinə həsr olunmuş bu layihənin tam təqdimatı dekabr ayı üçün nəzərdə tutulur.
Xatırladaq ki, milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə "Azercell Telekom" bundan öncəki illərdə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox seçilmiş əsərini, "Koroğlu" dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.®
-
- Cəmiyyət
- 7 Noyabr 2022 11:16
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz