Azərbaycanın statusu Açıq Hökumət Tərəfdaşlığında tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib
Mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığındakı üzvlük məsələsinə baxılıb. Səsvermə nəticəsində Rəhbər Komitənin 22 üzvündən 16-ı lehinə, 3-ü əleyhinə, 3-ü isə bitərəf olmaqla Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Bu barədə Turan-a Mədən Sənayesində Şəffaflığın Artırılması" QHT Koalisiyasının Şura üzvü Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, komitə bu addımın atılmasına əsas səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib.
Rəhbər Komitə hesab edir ki, QHT-lərin fəaliyyəti üçün məkanın qapadılması Açıq Hökumət Tərəfdaşlığının prinsip və dəyərlərini sarsıdır.
“Açıq Hökumət Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökumətinin 1 il vaxtı var. Bu müddətdə hökumət vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdır. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib, ancaq bununla belə Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində keçirilən tədbirlərdə müşahidəçi qismində iştirak edə biləcək. Statusun növbəti müzakirəsi tarixinə qədər hökumət Açıq Hökumət Tərəfdaşlığının müxtəlif komitələrindən və işçi qruplarından zəruri dəstək ala biləcək”, - o qeyd edib.
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığında 2011-ci ildən təmsil olunur. Ölkə öhdəliyinə uyğun olaraq “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul edib. Növbəti fəaliyyət planı 2015-ci ilin iyulunadək qəbul edilməli idi. Lakin Azərbaycan yalnız 2016-cı il aprelin 27-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib. -03B-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz