
Bakıda çoxmərtəbəli binada lift qırılıb, xəsarət alanlar var
Bakı/13.07.18/Turan: İyulun 13-də axşam saatlarında Əhmədli qəsəbəsində, metronun "Həzi Aslanov" stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli binada liftin qırılması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Sosial şəbəkələrdə yayılan müxtəlif məlumatlara görə, xəsarət alanların sayı 3 nəfərdən 6 nəfərə qədər təşkil edir. Onlar arasında uşaqlar da var.
Xəsarət alanlar müxtəlif travmalarla xəstəxanaya yerləşdirilib.
Lift burazın qırılması nəticəsində yüksəklikdən şaxtaya düşüb.
Rəsmi qurumlar hələlik bu hadisə haqqında məlumatları şərh etmir. -0-
-
- Söz istəyirəm
- 13 İyul 2018 23:56
-
- Cəmiyyət
- 14 İyul 2018 10:34
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz