Xərəkdə məhkəmə zalına gətirilib 15 il azadlıqdan məhrum edilən Əbülfəz Bünyatovdur şikəst edilmiş bu şəxs. 2015-ci ilin noyabrında DİN-in əməliyyat qrupu onun evinə hücum etmişdi. Orada ibadət edən dinc insanlar gülləyə tutulmuşdu. Sərsəm bir ssenari əsasında həyata keçirilən əməliyyat zamanı ikisi polis olmaqla 5 nəfər həlak olmuşdu. Həyatını itirən 6-cı nəfəri isə əməliyyat zamanı həbs olunub mebel maşınında polis idarəsinə gətirən zaman döyüb öldürmüşdülər. Mebel maşınında vəhşicəsinə döyülüb öldürülən şəxs Əbülfəz Bünyatovun yaxın qohumu Fərahim Bünyatov idi. Əbülfəz özü onurğa sütunundan güllə yarası alıb ömürlük şikəst etmişdilər. Onun bədəninin yarıdan çoxu iflic olub, sərbəst hərəkət imkanların itirib, adamı əlil ediblər. Bunlar azmış kimi şikəst etdikləri adamı xərəkdə məhkəməyə gətirib ona 15 il iş oxuyublar. Bu 15 ilin 3 ilini yataq xəstəsi Qobustan qapalı həbsxanasında çəkməlidir. Hakim zala daxil olanda ayağa qalxmağa fiziki imkanı olmayan, oxunan hökmü xərəkdə uzanmış formada dinləyən şikəst etdikləri şəxsə 15 il cəza kəsilib. Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur. Sonra da deyirlər ki, xalq bunlara niyə nifrət püskürür? İnsanlarda hakimiyyətə qarşı kükrəyən bu qəzəb haradandır?
-
- İqtisadiyyat Göstəriciləri
- 13 İyul 2018 19:12
-
- Cəmiyyət
- 14 İyul 2018 01:01
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz