Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə təkadamlıq aksiya keçirilib
Bakı/31.12.18/Turan: Blogger Fatimə Mövlamlı dekabrın 30-da hazırda həbsdə olan həmkarı Mehman Hüseynova azadlıq tələbi ilə aksiya keçirib.
O, 28 may metrosunun yaxınlığında - Cəfər Cabbarlının heykəli önündə keçirdiyi təkadamlıq aksiyada Mehman və həbsdə olan bütün fəalların azad olunmalarını tələb edib.
Blogger Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.
Cəzası gələn ilin martında başa çatmalıdır.
Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 26-da ona qarşı yeni cinayət işi açılması barədə məlumat yayıb.
Bu dəfə o, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona qarşı zor tətbiq etməkdə ittiham olunur.
Blogger bütün ittihamları rədd edir və həbsinin siyasi motivli, fəaliyyətilə bağlı olduğunu deyir.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi və ya ictimai fəaliyyətinə görə həbs olunmadığını bildirir.-0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz