Baş Prokurorluq Oqtay Gülalıyevi cinayət məsuliyyətinə cəlb etməklə hədələyib
Bakı/13.05.19/Turan: "Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü "hüquq müdafiəçisi" adlandıran Oqtay Gülalıyevin Facebook sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib", - mayın 13-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Qeyd edək ki, son vaxtlar O.Gülalıyev "Tərtər işi" üzrə həbs olunanların ailə üzvlərinin bəyanatlarını və müraciətlərini, Gəncə hadisələri ilə bağlı müttəhimlərə qarşı işgəncələr verilməsi və cinayət işlərinin saxtalaşdırılmasına dair məlumatlar yayıb.
Bundan əlavə, O.Gülalıyev siyasi məhbusları müdafiə edən bəyanatlarla çıxış edib. 06D--
-
- Cəmiyyət
- 13 May 2019 22:16
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz