O.Gülalıyev prokurorluqu mehkəməyə vermək niyyətindədir
Bakı/13.05.19/Turan: "Baş Prokurorluq mənə xəbərdarlıq edib və mən buna görə məhkəməyə vermək niyyətindəyəm". Bunu AzadlıqRadiosuna mayın 13-ü hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Mayın 13-ü hüquq müdafiəçisi Oqtay Gülalıyev səbəb izah edilmədən Baş Prokurorluğa dəvət olunub.
Hüquq müdsfiəçisi bildirib ki, prokurorluqda 3 saata yaxın olub və onu Baş Prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. "Mənə bildirilib ki, işgəncələrlə bağlı yazılarımda vətəndaş itaətsizliyə çağırış var və mən işgəncələrlə bağlı məlumatları yaymağa davam etsəm mənə qarşı cinayət işini açacaqlar. Təəssüflər ki, işgəncə faktları ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq ediblər".
Xəbərdarlıqla razılaşmayan hüquq müdafiəçisi onu absurd adlandırdı və Respublika Prokurorluğunu ölkədə baş verən işgəncələr faktlarını araşdırmağa və bunu törədən vəzifəli şəxslərlə bağlı ölçü götürməyi çağırıb.
Baş Prokurorluq isə məlumat yayaraq bildirib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü "hüquq müdafiəçisi" adlandıran Oqtay Gülalıyevin "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.--0--
-
- Siyasət
- 14 May 2019 01:08
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz