Bayıl ərazisində növbəti sürüşmə
Bakı/12.10.18/Turan: Oktyabrın 12-nə keçən gecə "20-ci Sahə" qəsəbəsindən Badamdar istiqamətindəki avtomobil yolunda sürüşmə baş verib. Şahidlərin sözlərinə görə, dağın yamacında tikilmiş dayaq divarı boyunca çatlaqlar əmələ gəlib.
Paytaxtın Səbail rayon İcra Hakimiyyətinin məlumatına görə, yaxınlıqda yerləşən 8 evin sakinlərinə evlərini tərk etmək zərurəti barədə xəbərdarlıq edilib.
Hadisə yerinə Fövqəladə Hallar Komissiyasının üzvləri, Səbail rayonunun, FHN və Ekologiya Nazirliyinin rəhbərləri gəlib.
Hazırda sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və yaxınlıqda yerləşən obyektlərin işi dayandırılıb. Cümə günü günorta bu zonada elektrik enerjisi verilməsi dayandırılıb.
Qeyd edək ki, bu ərazi bir və iki mərtəbəli evlərin tikildiyi dağ yamacıdır. Bayıl yamacı adlandırılan yer ənənəvi olaraq mənzil üçün yararsız hesab olunur. Amma artıq uzun illərdir burada şəxsi evlərin qanunsuz tikintisi aparılır.
Bu zonada vaxtaşırı sürüşmələr evləri və obyektləri məhv edir. Sürüşmə əleyhinə görülən tədbirlərin səmərəsi az olur. -02D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz