Makron Bakıya gəlməyəcək
Bakı/12.10.18/Turan: Fransa prezidentinin oktyabrın 13-də Bakıya səfəri haqqında məlumat təsdiqini tapmır. Diplomatik mənbənin Turan-a verdiyi məlumata görə, mətbuatın bu səfər haqqında ilkin məlumatları yanlış idi.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın La Tribune qəzeti belə bir səfər haqqında məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan HDQ üçün hərbi gəmilərin tikintisi haqqında müqavilə imzalanması planlaşdırılırdı. Bakıda bu yaxınlarda keçirilən silah sərgisi zamanı Fransa hərbi-sənaye kompleksinin nümayəndələri də bu barədə məlumat vermişdilər. -02B-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz