Beyləqanda Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin rəisi yaralanıb
Bakı/08.08.18/Turan: Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcribə və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov avqustun 7-də öz kabinetində yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı Turan-a təsdiqləyiblər.
Hücumu Beyləqan rayon sakini Fariz Azadzadə törədib. O, bunun səbəbini ötən il F.Bayramovun "yalnış arayış" verməsilə izah edib.
F.Azadzadə F.Bayramova bir neçə bıçaq zərbəsi endirib, onu ölümlə hədələyib. Lakin F.Bayramov müqavimət göstərib və F.Azadzadə hadisə yerindən qaçıb. Rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.F.Azadzadə saxlanılıb.06D--
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz