Açiq məmbələrdən foto.
Biləsuvarda qarşıdurma, xəsarət alanlar var
Bakı/04.05.20/Turan: Mayın 4-də səhər Biləsuvar rayonunun sakinləri yerli İcra Hakimiyyətinini binası önündə toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər.
Aksiya iştirakçılarından biri Turan-a bildirib ki, yüzlərlə adam öz probleminin həllini tələb etməyə gəlib.
“Rayonda ciddi sosial problemlər, işsizlik var, yaşamaq üçün heç bir şey yoxdur”, - adının çəkilməsini istəməyən aksiya iştirakçısı deyib.
Onlarla adam İcra Hakimiyyətin binasına girməyə cəhd edib, lakin polisin müqaviməti ilə üzləşib. Qeyri-rəsmi məlumatlara görə, xəsarət alanlar var.
DİN nümayəndəsi Ehsan Zahidov Turan-a bildirib ki, bir qrup vətəndaş Biləsuvar rayonunda İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib.
“Polis əməkdaşları vətəndaşlarla izahatedici söhbət aparıblar və sonra vətəndaşlar ərazini tərk ediblər. Yalnız bir nəfər polisə müqavimət göstərən vətəndaş saxlanılıb. O, polis əməkdaşına xəsarət yetirib. Bununla əlaqədar istintaq gedir. Vətəndaşlardan heç biri xəsarət almayıb”, - E.Zahidov deyib.
Saat 18:00-a yaxın DİN təsdiq edib ki, etirazçılardan biri polisə müqavimət göstərdiyinə görə saxlanılıb. -0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz