Bilgəhdə dəhşətli qəza, bir ailə həlak olub (FOTO)
Avqustun 2-də saat 20:30-da Bilgəh qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində bir ailə həlak olub, bir neçə nəfər həlak olub.
Hadisənin şahidlərinin sözlərinə görə, 90 KX 010 dövlət nişanlı “Range Rover”
"Zaporoces"ə çırpılıb və sonuncu bir neçə on metr məsafəyə atılaraq alışıb yanıb.
Zərbənin gücündən maşından iki uşaq bayıra atılıb, ailə başçısı isə avtomobilin içində həlak olub. Onun həyat yoldaşı ağır vəziyyətdə xəstəyxanaya göndərilib, amma qeyri-rəsmi məlumatlara görə yolda keçinib.
Hadisənin səbəbkarı da yaralanıb, başından ciddi zədələr alıb, amma huşunda olub.
“Range Rover” zərbənin gücündən aşaraq qarşıdan gələn iki maşını da zədələyib.
Yanan maşınları bağ evlərinin sakinləri söndürməyə çalışıb. Onlar su maşınını saxlayaraq şlanqla avtomobilləri söndürüb. Xəsarət alanlara da ilkin yardımı onlar göstərib.
Qeyd edək ki, iki il öncədə bu ərazidə, prezidentin bağ evinin yanında analoji qəya baş vermişdir.
O vaxtda «Amburan» istirahət mərkəzi istiqamətindən saatda 200 km. surətlə hərəkət edan «Qelendvaqen» maşını qarşıdan gələn avtomobilə çırpılmışdır.
17-yaşlı sürücü həlak olmuşdur.
Qeyd edək ki, Amburandan Nardaranadək olan yol kəsiyində bahalı avtomobillərin sahibləri tez-tez sanki «ötüşmə yarışları» keçirilərlər.
Burada saatda 200 km. adi haldır və bu da yerli sakinləri narahat edir və onların həyatına təhlükə yaradır. Yol polisinin artıq burada qayda-qanun yartamasının vaxtı çatıb. -02C-
-
- İqtisadiyyat
- 2 Avqust 2015 18:09
-
- Cəmiyyət
- 3 Avqust 2015 12:34
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 235
Rəy yaz