Mətbuat-Monitorinq 03.08.15
Rəsmi qəzetlər daha çox iqtisadi mövzularla dair yazıları ilk səhifələrində yerləşdiriblər.
“Azadlıq” qəzeti vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin qumarxanaları ləğv etməsinə baxmayaraq, “qumarxanaların yenidən Bakıya qayıtmasını” manjetə çıxarıb.
Qəzet yazır ki, Meydan TV-nin rəhbəri Emin Millinin qohumları əmisioğlu həbs təhlükəsi önündə qaldığı üçün E.Millidən imtina bəyanatı yayıblar.
Milli Şuranın sədri Cəmil Həsənli E.Millinin qohumlarının ondan imtina etməsi haqda bəyanat yaymasına “iqtidarın ölkənin sabahını da ləkələməsi” mövqeyini ifadə edib.
AXCP sədri Əli Kərimli rəsmi Kremlin “Dağlıq Qarabağ rejimi”nin başçısı Bako Saakyanı “Rusiya dövlətini möhkəmləndirməsinə görə” “Böyük Pyotr” ordenilə təltif etməsini rəsmi Bakının Rusiya önündə aciz duruma düşməsi kimi dəyərləndirir.
20 mindən çox valideynin təhsil haqqı problemilə üzləşdiyini yazan qəzet deputat Vahid Əhmədov və Əli Məsimlinin təhsil kreditləri haqda qanun layihəsini parlamentə təqdim etdiklərini bildirir.
Tarif Şurasının dərmanların qiymətlərinin endirilməsi haqda qərarını şərh edən qəzet qeyd edir ki, qiyməti 50, 100 manat olan dərmanların şox cüzi hissəsinin adı verilir, çoxu hazırda dəyəri 6-10 manat arasında olan dərman preparatlarıdır. Ölkədə bank sisteminin mövcud durumunu şərh edən ekspertlər bankların müflisləşmə riskinin artmasına və bankların çoxunun bağlana bilməsi təhlükəsinə “bu perspektivin ölkəyə sosial kataklizmlər vəd etməsi” bəyanatını səsləndiriblər.
“Yeni Müsavat” MTN-in keçmiş şefi Nəriman İmranovun, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun, 1993-cü il 4 iyun qiyamının başçısı Surət Hüseynovun Kreml layihəsi olan “Avrasiya İttifaqı Hərəkatı”nda yer almalarını “Nərimanov-Abbasov-Hüseynov triosunun Azərbaycan qarşı təhlükəli oyunda” olması sayaraq ilk səhifəyə çıxarıb.
ABŞ prezidenti B.Obamanınn Qarabağ məsələsilə bağlı dövlət başçılarını Nyu-Yorka dəvət etdiyini yazan qəzet bu görüşə PF başçsı V.Putinin də qatılacağını bidirərək görüşü “Qarabağ danışıqlarında geri sayım”ın başlaması adlandırır.
Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov onu korrupsiyaya Gəncə şəhər başçısı Elmar Vəliyevin məcbur etdiyini və universitetə aid vəsaitin 1 milyon manatının abadlıq işlərinə xərcləndiyini bildirib.
Bərdədə məskunlaşan qaçqınlar dövlətin tikdiyi mənzillərin onlara verilməsi üçün rüçvət tələb edilməsinə etiraz olaraq aksiya keçiriblər.
-
- Cəmiyyət
- 3 Avqust 2015 01:29
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz