Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının səviyyəsi barədə
Bir neçə ildir ki, Bakıda ölkə prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu araşdırmaların genişliyi və keyfiyyət göstəriciləri qurumun məhsulu hesab olunur. Lakin aparıcı araşdırma mərkəzi adına iddiaçı təşkilat elementar məsələlərdə kobud səhvlərə yol verir.
Məsələn, avqustun 3-də Mərkəzin mətbuat xidməti bildirib ki, avqustun 19-da çox mühüm tədbir keçirələcək və bütün jurnalistlər dəvətlidir.
Tədbir “Malvina/Falkland adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda keçiriləcək, deyə elanda deyilir. Lakin, o adaların adı “Malvin-Folklendir”.
Bu cür səhv, məhsul şəxlərin və ictimaiyyətlə əlaqələrə kuratorluq edənlərin beynəlxalq hadisələr haqda bilgisinin olmamasından xəbər verir.
Belə ki, prezident qurumunun nümayəndələri Böyük Britaniya və Argentina arasında hərbi münaqişəyə səbəb olan Malvin-Folklend adaların düzgün adını bilmirlər.
Elandakı yalnışlıqla əlaqədar Turan agentliyinin iradına cavab olaraq mətbuat xidmətinin nümayəndəsi bizi “aqressivlikdə” ittiham etməkdən başqa heç nə tapmayıb və bildirib ki, “ona nə veriblər onu da göndərib”.
Görünür, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Malvina və Buratino haqda uşaq kitablarını daha tez oxuyurlar, nəinki beynəlxalq siyasətlə bağlı dövrü mətbuatı. Ancaq bu, sözügedən təşkilat rəhbərliyini düşündürən problemdir. -02В-
-
- Cəmiyyət
- 3 Avqust 2015 12:34
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz