Leyla və Arif Yunusun işi üzrə məhkəmə iclası avqustun 4-nə keçirilib (YENİLƏNİB)
Leyla və Arif Yunusun işi üzrə məhkəmə prosesi avqustun 4-ü səhərə qədər təxirə salınıb, bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib.
Onun sözlərinə görə, MTN İstintaq Təcridxanasının məhkəməyə gələn həkimi A.Yunusun vəziyyətinin onun məhkəmə iclasında iştirakına imkan vermədiyini bildirib.
Xatırladaq ki, A.Yunus bu gün məhkəmə zalında təzyiqi yüksək olduğuna görə huşunu itirib. -06D-
* * *
2,5 saatdan çoxdur ki, Arif Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında təcili yardım həkimlərinin müşahidəsi altındadır.
Məlumatlı mənbə Turan-a bildirib ki, proses saat 14:00-da yenidən başlamalıdır və zalda həkimlər olacaq. Həkim briqadasının dəyişəcəyi gözlənilir.
Eyni zamanda vəkil Elçin Qəmbərov bildirib ki, MTN təcridxanasında A.Yunusu “müalicə edən” həkim yanına gəlib. Onun sözlərinə görə, Leyla və Arif Yunuslar belə şəraitdə ifadə verməkdən imtina edirlər.–03C06-
2015 Avqust 03 (Bazar ertəsi) 11:24:50
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların işi üzrə prosesdə hakimiyyət müstəqil müşahidəçilərin iştirak imkanlarını daha da məhdudlaşdırıb.
Belə ki, əvvəlki iclaslardan fərqli olaraq prosesə müstəqil mətbuatın bir nümayəndəsi belə buraxılmayıb.
ABŞ, AFR səfirliklərinin nümayəndələri və Aİ təmsilçisi çox çətiniklə prosesə qatıla biliblər, lakin qərbli diplomatların tərcüməçiləri buraxılmayıb.
Proses başlandıqdan bir qədər sonra məhkəmə binasına təcili yardım maşını gəlib. Vəkil Elçin Qəmbərov Turan-a bildirib ki, A.Yunusun vəziyyəti qəflətən pisləşib, arterial təzyiqi qalxıb, huşunu itirib. İclas dayandırılıb. Həkimlər ona iynə vurublar.
Xatırladaq ki, A.Yunus iki dəfə - həbs və mənzilində axtarış zamanı hipertonik kriz keçirib.
Saat 11.50-yə A.Yunusun vəziyyəti bir qədər stabilləşib. Arterial təzyiq 160-a enib, o özünə gəlib. Vəkil E.Qəmbərov bildirib.
Həkimlər məhkəmə zalında ona yardım göstəriblər. Məhkəmə zalı adamla dolu olduğundan çox sıxlıq yaranıb və bürküdür. Bundan əlavə, Arif və Leyla Yunuslar şüşə barmaqlıqda oturublər.
Məhkəmə iclası saat 13:00-dək təxirə salınıb.–06D-
-
- Cəmiyyət
- 3 Avqust 2015 15:05
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz