Bu il Azərbaycan 8 hərbi qulluqçusunu itirib
2016-cı ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) məlumatına görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü qeyri döyüş itkisidir.
Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfər bədbəxt hadisədən dünyasını dəyişib. Bir nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.
Dünyasını dəyişənlərin 5-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfər leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 7-i Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.
Ötən dövrdə bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.-03D-
-
- Cəmiyyət
- 1 Mart 2016 10:18
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz