İtkin neftçilərin ailə üzvləri axtarışların sürətlənməsini istəyirlər
2015-ci ilin dekabrında Xəzərin “Günəşli” yatağındakı 10 saylı platformada itkin düşən neftçilərin ailələri bu fün Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıblar. Neftçi ailələrinin məqsədi nazir Kəmaləddin Heydərovla görüşməkdir.
Belə ki, neftçilərin ailə üzvləri tikin düşənlərin axtarışlarının intensiv aparılmamasından narazıdırlar və bu haqda nazir K.Heydərovu məlumatlandırmaq istəyirlər.
Ailə üzvləri fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevlə görüşüblər. “Bizə itkin neftçilərin axtarışlarının davam etdiyi və edəcəyi deyildi”, - ailə üzvlərindən biri Esmira Əhmədova bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda FHN məsullarından birinin itkin neftçilərin axtarışlarının dayandırılması haqda açıqlaması bu ailələrin narahatlığına səbəb olub. E.Əhmədovanın dediklərinə görə, bu gün nazir müavini E.Mirzəyev axtarışların davam edəcəyini vəd edib.
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı platformada baş verən yanğın nəticəsində 34 nəfər xilas edilib. 7 nəfərin meyiti dərhal tapılıb, daha sonra 6 cəsəd aşkar edilib. Bu günlərdə isə daha bir meyit Xəzərin Neftçala rayonu sahillərində aşkar edilib. Hazırda 16 nəfərin axtarışı davam edir.
İtkin neftçilərin ailə üzvləri FHN-də görüşə qədər dəfələrlə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüblər, axtarışların intensiv aparılmamasına etirazlarını bildiriblər.
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz