![Cahangir Əsgərov: “AZAL İranla hava əlaqəsini bağlamayacaq”](https://turan.az/resized/media/2020/main/022400024940-750-500-resize.webp)
Cahangir Əsgərov: “AZAL İranla hava əlaqəsini bağlamayacaq”
Bakı/24.02.20/Turan: Azərbaycanın “Buta Airways” loukosteri hazırda İrana uçuş cədvəlini ləğv etməyi planlaşdırmır. Bu barədə bu gün AZAL QSC-nin mətbuat xidməti bildirib.
“Buta Airways” Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL-ın prezidenti Cahangir Əsgərov deyib.
Eyni zamanda Bakı beynəlxalq hava limanında İrandan gələn reyslərdə sanitar- karantin nəzarəti gücləndirilib, məlumatda bildirilir.–06В-
-
- İqtisadiyyat
- 24 Fevral 2020 15:41
-
- İqtisadiyyat
- 24 Fevral 2020 15:46
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz