
Çərşənbə günü gecə Bakıda hava şaxtalı olacaq
Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə mənfi 2 dərəcədən müsbət 2 dərəcəyədək, gündüz müsbət 5 +8 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bildirib.
Ölkə rayonlarında yağıntı gözlənilmir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 0 -5, gündüz müsbət 5 +10 dərəcə olacaq.
Dağlarda gecə mənfi 6 -11, dağlıq ərazilərdə mənfi 13 -17, gündüz 0 -5 dərəcə olacaq.
Gecə və səhər yüksək dağ yolları buz bağlayacaq.
Rəy yaz