
Çərşənbə günü üçün hava proqnozu
Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.
Ölkənin şərq rayonlarda yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4-9 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Rəy yaz