Cümə axşamı havanın soyuyacağı gözlənilir
Bakı/27.03.18/Turan: Növbəti soyuq hava dalğası martın 29-da günün ikinci yarısında Azərbaycana daxil olacaq, bu barədə sinoptiklər məlumat verib.
Belə ki, qərb rayonlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütlələri daxil olacaq, yağıntı yağacaq, havanın temperaturu 5-7 dərəcə aşağı düşəcək.
Bir sıra rayonlarda yağıntılar intensiv olacaq, dağlarda qar və dolu yağacaq. Güclü qərb küləyi əsəcək.
Qeyri-sabit hava şəraiti martın 31-nə qədər davam edəcək.
Martın 28-də Bakıda və Abşeronda hava tutqun olacaq, səhər duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gündüz 21 dərəcəyə qədər isinəcək.
Ölkənin rayonlarında çərşənbə günü hava isti olacaq. Aran rayonlarında gündüz hava +25 dərəcəyə qədər isinəcək. -02D-
-
- İqtisadiyyat
- 27 Mart 2018 12:56
-
- Maliyyə
- 27 Mart 2018 14:22
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz