
Cümə günü hava haqqında
Bakı/23.11.23/Turan: Noyabrın 24-də Bakıda və Abşeronda gecə və səhər bəzi yerlərdə yağıntı olacaq. Şimal-qərb küləyi tədricən cənub-şərq küləyinə keçəcək.
Havanın temperaturu gecə müsbət 7+10, gündüz müsbət 13+16 dərəcə olacaq.
Ölkə rayonları üzrə yağıntı əsasən şərq zonasında yağacaq. Dağlarda qar yağacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu müsbət 3 +8, gündüz müsbət 12 + 17 dərəcə olacaq. Dağlarda gecə 0-5, gündüz müsbət 7 + 12 dərəcə olacaq. -0-
Rəy yaz