Daha 2725 şəhid vərəsəsinə kompensasiya veriləcək
Bakı/28.01.19/Turan: Qarabağ müharibəsində həlak olmuş daha 2264 hərbi qulluqçu və 461 əməkdaşının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik müavinət veriləcək.
Beləliklə, 12268 şəhidin vərəsələri kompensasiya alacaq. Bu məqsədlə dövlət 135 mln. manat ayırıb. Bu barədə birdəfəlik kompensasiya alacaq şəxslərin əhatə dairəsinin genişləndirilməsi barədə dövlət başçısının bugünkü fərmanı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
İndiyədək 3100 şəhid vərəsəsi kompensasiya alıb, bundan ötrü 34 mln. manat ayrılıb.
Hazırda 6444 şəhid vərəsəsinə kompensasiya ödənilməsi prosesi gedir.06D--
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz