Daha bir AXCP fəalı saxlanılıb (YENİLƏNİB)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olundu.
Bu barədə Turana AXCP-dən məlumat verilib.
Məlumata görə, Əhmədov dünən, aprelin 15-də evdən çıxarkən polis tərəfindən saxlanılıb. "Əhmədov 8103 qısa nömrəsinə sms yazaraq evdən çıxab və bir neçə dəqiqə sonra saxlanılıb. Fəalın atası səhər öyrənə bildi ki, o, Xətai Rayon 34-cü polis bölməsindədir. Orada ona qarşı İXM-nin 211-ci və 535-ci maddələri ilə protokol tərtib olunub və o məhkəməyə aparılıb".
***
Daha bir AXCP fəalı saxlanılıb
Bakı/16.04.20/Turan: Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aprelin 15-də evindən çıxarkən saxlanılıb. O, evdən çıxmazdan əvvəl 8103 nömrəsindən SMS-icazə alıb. Onun harada saxlanıldığı məlum deyil, bu barədə AXCP-dən bildiriblər.
"Birdəfəlik desinlər ki, SMS-icazələrin AXCP üzvlərinə aidiyyatı yoxdur", deyən partiya nümayəndəsi artıq evdən çıxmaq üçün icazə aldıqdan sonra onlarla fəalın həbs edildiyini xatırladıb.
Niyaməddin Əhmədov ictimai əsaslarla AXCP liderinin mühafizəsində iştirak edib. Bir müddət əvvəl Kərimlinin digər mühafizəçisi Ruslan Əmirov həbs edilib.
AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.
Hakimiyyət karantin rejimini pozmayan insanların həbsinin nə ilə əlaqədar olduğunu izah etməkdən imtina edir. -06D-
-
- Foto sessiyalar
- 16 Aprel 2020 19:40
-
- Cəmiyyət
- 16 Aprel 2020 21:15
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 267
Rəy yaz