Istanbulda Azərbaycan konsulluğu
İstanbulda azərbaycanlıların etiraz aksiyası
Bakı/16.04.20/Turan: Türkiyədə çalışan bir qrup Azərbaycan vətəndaşı İstanbulda aksiya keçirərək Azərbaycan konsulluğunun dəstəyinin olmamasına etiraz edib.
Aprelin 15-də onlar Baş Konsulluğun binasına gəliblər.
Aksiya iştirakçılarından biri Habil Məmmədov Turan-a bildirib ki, karantin rejiminə görə çalışa bilmirlər.
“Son vəsaitimizi də xərclədik. Mən video yaydıqdan sonra SOCAR ərzaq alınması üçün hər birimizə 200 türk lirəsi (55 manat) yardım ayırdı. Lakin icarə haqqını ödəmədiyimizə görə mənzil sahibləri bizi evdən çıxarırlar. Yüzlərlə insan bu vəziyyətdədir. Əgər konsulluq bizə kömək etməyəcəksə, niyə lazımdır?”, - H.Məmmədov deyib.
Öz növbəsində Azərbaycan səfirliyi bildirib ki, diplomatik missiyada soydaşlarımıza yardım göstərilməsi üzrə təkliflərin üzərində iş gedir.
“Yaxın vaxtlarda qərar qəbul ediləcək. Bu qərara əsasən mənzilin kirayə haqqının ödəilməsi üçün kimə pul veriləcəyi müəyyənləşdiriləcək. Tələbə və bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına üstünlük veriləcək”, - REAL TV səfirliyin nümayəndəsindən sitat gətirib.
Öz növbəsində Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Turan-a bildirib ki, xaricdəki vətəndaşlara mərhələli şəkildə yardım göstərilir.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vətəndaşlardan müraciətləri qəbul edir, onları öz məlumat bazalarına daxil edir, eyni zamanda məlumatı XİN-ə ötürür, o da öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərir.
Bir aydan çoxdur ki, Türkiyədəki diplomatik nümayəndəliklərdə “qaynar xətt”lər fəaliyyət göstərir ki, buraya çox sayda zəng olur.
Müraciətlərə baxılır, lakin hər kəsə eyni vaxtda kömək etmək mümkün deyil.
“Əgər söhbət mənzil kirayəsi haqqını ödəməkdən gedirsə, mənzillərin sahiblərinə telefon edilir, vəziyyət öyrənilir. Bütün pul köçürmələri qısa müddətdə həyata keçirilə bilməz. Ancaq bir çoxuna artıq yardım göstərilib və iş davam edir”, - L.Abdullayeva bildirib.
Aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bildirib ki, təhsil, qazanc və müalicə məqsədilə xaricdə olan 5104 Azərbaycan vətəndaşından yardımla bağlı müraciət daxil olub. Eyni zamanda 1942 vətəndaşa müxtəlif yardımlar edilib.–06В-
-
- Cəmiyyət
- 16 Aprel 2020 20:05
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz