Açiq mənbələrdən foto.
Daha bir təşkilat Saleh Rüstəmovu azad etməyi tələb edib
Bakı/30.11.21/Turan: Siyasi Məhbuslar Monitorinq Mərkəzi öz bəyanatında Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmovu azad etməyi və ölkədə repressiyalara son qoymağı tələb edib.
"Ədliyyə sistemində özbaşınalıq davam edir və artır. Qanunsuz həbslər, saxta ittihamlar, sifarişli hökmlər, işgəncələr - bütün bunlar hakimiyyət tənqidçilərinə qarşı siyasətin alətləridir.
Cəmiyyətin bütün təbəqələrində - müxalifətçilər, dindarlar, vətəndaş fəalları, keçmiş məmurlar arasında istənilən fərqlli düşüncə təzahürü sərt cəzalandırılır.
Saleh Rüstəmov qanunsuz hökmə qarşı sonuncu etiraz vasitəsinə - aclığa əl atıb", deyə təşkilatın bəyanatında qeyd edilir. Təşkilat Rüstəmovu dərhal azad etməyi tələb edir.
Bəyanatda həmçinin ağır xəstə olan keçmiş baş prokuror Eldar Həsənova lazımi tibbi xidmətin göstərilmədiyi, habelə bir sıra keçmiş məmurların həbsdə COVİD-19-dan vəfat etdityi qeyd edilir.
Bütün bu insanlar Azərbaycan vətəndaşlarıdır və müvafiq hüquqlara malikdirlər, dövlət isə hər bir məhbusun həyatına görə məsuliyyət daşıyır. Amma təcrübədə cəza sistemində məhbusların saxlanma şəraiti və onlara qarşı rəftar beynəlxalq standartlara uyğun deyil, məhbuslar təzyiqə, işgəncələrə məruz qalır, vaxtlı-vaxtında tibbi yardım almırlar.
Bütün bunlar Avropa İnsan Hüquqları Konvensiyası normalarının, xüsusən 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinin pozuntusudur.
"Biz keçmiş siyasi məhbuslar repressiyalara dərhal son qoymağı, məhbusların ölümündə təqsiri olanları və işgəncələri icra edənləri araşdırmağı, Saleh Rüstəmovu azad etməyi, ağır xəstə olan təqsirləndirilən şəxslərə qarşı qətimkan tədbirlərini dəyişdirməyi tələb edirik.
Azərbaycan onsuz da hüquq müdafiə təşkilatlarının indekslərində "azad olmayan dövlətlər" arasında yerini möhkəmləndirib, buna görə ölkəni beynəlxalq sanksiyalar gözləyə bilər", deyə Mərkəzin bəyanatında qeyd edilir.
Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2021-ci ilin oktyabrında başda Elşən Həsənov olmaqla, bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. -06D-
-
- Cəmiyyət
- 30 Noyabr 2021 12:30
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz