Arxiv
Maliyyə Nazirliyi prezidentin aksiz markaları haqqında fərmanını icra etmək iqtidarında olmadığını təsdiq edib
Bakı/30.11.21/Turan: Gəncənin Finest Tobacco kommersiya şirkətinin sahibi Orxan İsmayılov Maliyyə Nazirliyi siqaret satmaq üçün lazım olan aksiz markalarını ona verməkdən imtina etdiyinə görə Belorusiyadan idxal etdiyi malı sata bilmədiyini Turan-a bildirmişdi.
Onun şirkəti 23.12.202-ci ildə Maliyyə Nazirliyinə, nazir Samir Şərifova müraciət edib. Maliyyə Nazirliyi ticari biznesə aksiz markaları vermək səlahiyyətinə malikdir. Maliyyə Nazirliyindən yalnız markaların Dövlət Vergi Xidmətinin Razılıq Protokolu olmadığına görə verilmədiyini bildirirlər. Bu protokol olmadan aksiz markaları sifarişləri yerinə yetirilə bilməz.
Turan Agentliyi biznesmen Orxan İsmayılovun şikayəti ilə bağlı Maliyyə Nazirliyinə göndərdiyi müraciətinə cavab alıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Piriyev rəsmi məktubunda xatırladır ki, prezidentin 20 dekabr 2018-ci il tarixli fərmanı ilə aksiz markalarının istehsalı və şirkətlərə verilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılıb. Amma bu proses qanunvericilik səviyyəsində nizamlanana qədər bu öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulub, nazirlik Razılıq Protokolunu tərtib edərək, aksiz markalarının verilməsini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalıdır.
Məktub aşağıdakı sözlərlə yekunlaşır: "diqqətə almağınızı xahiş edirik".
Turan Maliyyə Nazirliyinə biznesmenin aksiz markaları alması ilə bağlı bürokratik proseduru xatırlatdığı cavabına görə təşəkkür edir. Amma Orxan İsmayılova biznesini inkişaf etdirmək üçün prosedurlar haqqında məlumat lazım deyil, o, öz acı təcrübəsindən bunları bilir, ona bütünlükdə Maliyyə Nazirliyindən və Vergi Xidmətindən asılı olan konkret problemin həlli lazımdır.
Turan dövlət idarələrinə xatırladır ki, onların öhdəliyi müxtəlif nazirliklər arasında mövcud uyğunsuzluqlar haqqında məlumat yer alan məktublar göndərmək deyil, Azərbaycan biznesində onsuz da ağır olan vəziyyəti daha da pisləşdirən bu nöqsanları həll etməkdir.
Niyə bəzi Azərbaycan şirkətləri aksiz markaları alırlar və ölkə bazarını rəqibsiz idxal siqaretlərlə təmin edə, satılan məhsulun keyfiyyətini düşünmədən onların qiymətini şişirdə bilir? Gəncədə keyfiyyətli mal təklif edən şəxs isə iki nazirliyin daxili problemlərini həll edə bilməməsi səbəbindən işləyə bilməyərək ziyan çəkir?
İsmayılov hesab edir ki, Maliyyə Nazirliyi uydurma səbəblə onun şirkətinə aksiz markaları verməkdən imtina edərək, tütün məmulatlarının satışı sahəsində böyük Azərbaycan inhisarçısının sifarişini yerinə yetirir. İnhisarçı Tabaterra QSC şirkəti Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlıdır.
İsmayılovun 22.11.2021-ci il tarixində Dövlət Vergi Xidməti yanında Aksizli Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanovla telefon söhbəti zamanı biznesmenin nəzərinə çatdırılıb ki, onun rəhbərlik etdiyi şirkət tütün satışları inhisarçısının gizli ticarət sahəsində fəaliyyət göstərir. Biznesmendən vergi qanunvericiliyini pozduğuna dair könüllü ərizə tələb edirlər, bir halda ki, vergi yoxlaması Finest Tobacco-da pozuntu aşkar etməyib. Vergi işçiləri rəsmi olaraq Maliyyə Nazirliyinə şirkətin işində pozuntu olmadığını bildirmək istəmirlər. Vergi Xidmətinin müsbət rəy verməməsi səbəbindən isə Maliyyə Nazirliyi İsmayılova aksiz markaları vermir. Beləcə, inhisarçının xoşuna gəlməyən rəqib şirkətlərin fəaliyyətinin qarşısı alınır ki, bu da istehlak bazarında qiymətlərin artmasına, satılan malların keyfiyyətinin azalmasına gətirib çıxarır. -0-
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz