Daha üç AXCP fəalı həbs edilib
Bakı/05.02.19/Turan: Fevralın 3-də saxlanılmış AXCP fəalı Elnur Cabbarlı çərşənbə axşamı inzibati qaydada 10 sutka həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.
Fevralın 5-də digər AXCP fəalı Elnur Yusubov da 22 sutka həbs edilib. O, ixtisasca həkimdir. İki il öncə müxaıifətin mitinqində iştirak etdiyinə görə işdən çıxarıblar.
Bundan əlavə, fevralın 5-də partiya Şamaxı şöbəsinin rəhbəri Zahir Məmmədli 13 sutka həbs olunub.
AXCP-dən qeyd ediblər ki, müxalifətin 19 yanvar mitinqindən öncə və sonra 33 nəfər partiya fəalı inzibati qaydada həbs olunub. Daha 16 AXCP funksioneri isə cinayət ittihamları ilə mühakimə olunub və siyasi məhbus kimi tanınıb. -06D--
-
- Mədəniyyət
- 5 Fevral 2019 21:27
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz