- Mədəniyyət
- 5 Fevral 2019, 21:27
- 301
ABŞ Səfirliyi �FilmAkt Festivalı�nı Maliyyələşdirib
"FilmAkt Qısametrajlı Sənədli Film" Festivalının bağlanış mərasimi 5 fevral tarixində "Ləndmark" otelində keçirilib. Həmin tədbirdə dəyərli layihələr arasından seçilmiş qalib filmlər mükafatlandırılıb.
ABŞ səfirliyinin verdiyi xəbərə görə, festivalın ən yüksək prizini Pərviz Məcidov, Elnur Musayev, Gülnar Əskərinin "Alzheimer" filmi qazandı. 2-ci yeri Sərxan Nəciyev, Gulər Rzayeva və Saray Cəlilova tərəfindən kəçilmiş "Plus 1" filmi, 3-cü yeri isə Günay Nəsirova, Vüsal Mehdizadə, Minarə Kərimova və Bəxşeyiş Rəhimov tərəfindən hazırlanmış "Tələ" filmi qazandı.
Bu filmlərdə gender əsaslı ayrıseçkilik, əllilərin haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.
Üç günlük tədbir ABŞ-n Azərbaycandakı Səfirliyinin və "Baki İdeaLab"ın maliyyə dəstəyi ilə "Y-PEER Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilib. Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə və icma quruculuğu qabliyyətlərini artırmaq imkanı vermiş, səsi eşidilməyənlərin səslərini insanlara çatdırmaqla öz icmalarına töhfə vermək üçün gəncləri gücləndirmişdir.
"Y-PEER Azərbaycan" şəbəkəsinin mütəxəssisləri Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr aylarında təlimlər keçiblər. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkiblər.
Sabunçu və Xəzər Gənclər Evi, "ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiyasiyası" və "Ləndmark" otel də "FilmAkt Festivalı"na dəstək göstəriblər.
Ətraflı məlumatı "Y-PEER Azerbaijan" təşkilatının feysbuk səhifəsindən əldə edə bilərsiniz:
https://www.facebook.com/ypeerazerbaijan/
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz